Suriyada etiraz aksiyaları keçirilib... TƏHLÜKƏSİZLİK QÜVVƏLƏRİNƏ HÜCUM OLUB

Suriyada etiraz aksiyaları zamanı yeni hakimiyyətə tabe olan təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı xəsarət alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Suriyanın Latakiya vilayətində daxili təhlükəsizlik qüvvələri idarəsinin rəhbəri Abdel Əziz əl-Əhməd məlumat verib. 

 

Onun sözləri ərəb respublikasının Daxili İşlər Nazirliyinin Telegram kanalında dərc olunub.

 

Bəyanata əsasən, keçmiş prezident Bəşər Əsədin tərəfdarları ilə əlaqəli olduğu iddia edilən şəxslərin təşkil etdiyi nümayişlər zamanı Latakiya və Cəblə şəhərlərində daxili təhlükəsizlik idarəsinin əməkdaşlarına hücum ediblər. Bildirilir ki, hücumlar nəticəsində bir neçə polis əməkdaşı xəsarət alıb, hüquq-mühafizə orqanlarına məxsus bir neçə nəqliyyat vasitəsinə ziyan dəyib.

 

Qeyd edək ki, daha əvvəl ərəb KİV-ləri Suriyanın qərbində yerləşən Latakiya və Tartus vilayətlərində etiraz aksiyalarının keçirildiyini xəbər vermişdi. Syria TV telekanalının məlumatına görə, aksiyalara Suriyanın Ali Ələvi İslam Şurasının rəhbəri şeyx Qazal Qazal çağırış edib. Qeyd olunub ki, nümayişlərdə silahlı şəxslər də iştirak edib, onlar havaya atəş açıb və yeni hakimiyyətə tabe olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahdan istifadə ediblər. Etirazçılardan bəziləri Suriyanın Al-Ikhbaria telekanalına verdikləri açıqlamada yeni hakimiyyət tərəfindən əvvəllər saxlanılmış fəalların azad edilməsini tələb etdiklərini bildiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.