
Türkiyənin Yalova şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı keçirilən əməliyyat zamanı terrorçular tərəfindən açılan atəş nəticəsində 3 polis əməkdaşı həlak olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir hadisə zamanı 8 polis və 1 mühafizəçinin də yaralandığını deyib. Əməliyyat zamanı 6 İŞİD terrorçusu zərərsizləşdirilib.
Terrorçuların olduğu ünvanda aşkarlanan 5 qadın və 6 uşaq təhlükəsiz şəkildə təxliyə edilib.
**10:29

Türkiyədə İŞİD terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Yalova vilayətində keçirilən əməliyyat zamanı zamanı atışma baş verib, 7 polis əməkdaşı yaralanıb.
Belə ki, Elmalık kəndinə gedən yolda yerləşən evdə İŞİD terror təşkilatını hədəf alan əməliyyat keçirilib. Əməliyyat zamanı evdə olan şübhəli şəxslər atəş açıb və nəticədə 7 polis əməkdaşı yaralanıb.
Bursa şəhərindən gələn xüsusi təyinatlı polislərin də dəstəklədiyi əməliyyat bölgədə təhlükəsizlik tədbirləri görülməklə davam edir.
Yaralanan polislərin həyati təhlükəsi yoxdur.