Zelenski sülh planında razılaşdırılmayan iki məsələdən danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın sülh sazişlərinin tamamlanması üçün yalnız bir-iki məsələ qaldığını bildirməsindən sonra bu məsələlərin hansılar olduğunu dəqiqləşdirib.

 

“RBC-Ukraina” xəbər verir ki, Zelenski bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

Zelenskinin sözlərinə görə, hazırlanmış 20 maddəli sənəd təxminən 90% hazırdır. Yalnız iki əsas maddə hələ razılaşdırılmayıb: “Bunlar Zaporojye AES-in necə fəaliyyət göstərəcəyi və ərazilər məsələsidir”.

 

O qeyd edib ki, məhz bu maddələr üzrə razılaşmanın olmaması sənədin tam yekunlaşmasını hələ mümkün etmir. Eyni zamanda, Prezident vurğulayıb ki, təhlükəsizlik təminatları məsələsi artıq tam razılaşdırılıb.

 

“Təhlükəsizlik təminatlarına gəldikdə isə hər şey 100% hazırdır. Biz yalnız təminatların qüvvədə olma müddəti ilə bağlı bəzi detalları müzakirə edirik”, – Zelenski əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.