
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi də Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt sosial şəbəkədə məlumat paylaşıb.
“Prezident Tramp Rusiya lideri Putinlə Ukrayna ilə bağlı pozitiv söhbət aparıb”, - deyə o qeyd edib.
Daha sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, telefon danışığı zamanı Amerika lideri rusiyalı həmkarına Mar-a-Laqoda Ukrayna tərəfi ilə danışıqların nəticələri barədə məlumat verib.
Putin isə Trampı Ukrayna Silahlı Qüvvələrinin Novqorod vilayətindəki dövlət iqamətgahına pilotsuz aparatlarla hücumu barədə məlumatlandırıb. Tramp bu xəbərdən hiddətləndiyini bildirib və qeyd edib ki, ABŞ administrasiyası Ukraynaya bu cür hücumlar üçün silah verməyib...
Xatırladaq ki, liderlər dünən də telefonla danışmışdılar.