Tehrandan Trampın təhdidinə daha bir cavab: İRANIN TƏHLÜKƏSİZLİYİNƏ UZANAN ƏL KƏSİLƏCƏK

İranın Ali dini lideri Əli Xameneinin müşaviri Əli Şamxani də ABŞ Prezidenti Donald Trampın təhdidinə cavab verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Şamxani bu barədə özünün “X” hesabında yazıb.

 

“İran xalqı Amerikanın “xilas etmək” təcrübəsinə yaxşı bələddir- İraq və Əfqanıstandan Qəzzaya qədər. Hər bir müdaxiləçi əl, hər hansı bir bəhanə axtarmaqla İranın təhlükəsizliyinə yaxınlaşsa, İrana çatmazdan əvvəl peşmanedici bir cavabla kəsiləcək. İranın milli təhlükəsizliyi qırmızı xətdir, avanturist tvitlərin meydanı deyil”,- Şamxani qeyd edib.

 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrandakı etirazçılara kömək etməyə hazır olduğunu elan edib. Onu da qeyd edək ki, bundan əvvəl ABŞ liderinin təhdidinə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani cavab verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.