
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində ölkənin Dövlət Gəlirləri Komitəsinin vəzifəli şəxsləri də daxil olmaqla, 5 şəxsə qarşı cinayət işi açılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, saxlanılanlardan biri Dövlət Gəlirləri Komitəsinin əməkdaşıdır. Həbs olunanlar arasında Meğri gömrük-keçid məntəqəsinin rəisi də var.
Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, vergidən yayınmada və şəriklikdə ittiham olunurlar.