
Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi zamanı onun təhlükəsizliyini təmin edən mühafizə əməkdaşlarının əhəmiyyətli hissəsi qətlə yetirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes deyib.
Nazir bildirib ki, Prezidentin ələ keçirilməsi zamanı mühafizəçilərə hücum edilib və onların böyük bir qismi soyuqqanlı şəkildə öldürülüb.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat həyata keçirib. Əməliyyat zamanı Prezident Nikolas Maduro həyat yoldaşı Siliya Floreslə birlikdə saxlanılaraq ölkədən çıxarılıb və ABŞ-a aparılıb.