Rusiya İrandan qızıl çıxarır?
VİDEO

Təbrizdə mağaza sahibləri dükanlarını bağlayaraq yanvarın 7-də tətilə qoşulublar.

 

Bunu yerli sakinlərin “Iran International” telekanalına ötürdüyü videoyazılar sübut edir.

 

Şirazın cənubunda təhlükəsizlik qüvvələri yanvarın 7-də etirazçı tacirlərə qarşı güc tətbiq edib. Video-materiallarda bu zaman gözyaşardıcı qazdan istifadə edildiyi görünür. Kirman şəhərində də dükançılar mağazalarını bağlayaraq etiraz aksiyası keçiriblər.

 

Bu arada britaniyalı deputat Tom Tuqendhat Rusiya yük təyyarələrinin Tehrana endiyini və İrandan əhəmiyyətli miqdarda qızılın çıxarıldığını iddia edib.

 

Onun sözlərinə görə, bu, İran rəhbərliyinin “hakimiyyətin mümkün süqutuna hazırlaşdığından” xəbər verə bilər.

 

“Biz həmçinin Rusiya yük təyyarələrinin Tehrana enşini, ehtimal ki, silah və sursat daşıdığını görürük. İrandan isə çoxlu miqdarda qızılın daşınması barədə xəbərlər alırıq. Hökumət “rejimin özünün süqut etməyə hazırlaşdığını göstərən” bu məlumatları şərh edə bilərmi?”, - Tom Tuqendhat Böyük Britaniya parlamentinin iclasında deyib.

 

Lakin Böyük Britaniyanın Yaxın Şərq və Şimali Afrika üzrə naziri Hemiş Falkoner bu xəbərlərlə bağlı ətraflı məlumat verə bilməyəcəyini bildirib.

 

Eyni zamanda, nazir vurğulayıb ki, London sərbəst toplaşmaq və etiraz etmək hüququnu “İran xalqının ayrılmaz hüquqları” sayır və hesab edir ki, İslam Respublikasının hakimiyyəti tərəfindən buna hörmət edilməlidir.

 

Azvision.az xatırladır ki, bundan əvvəl “Fox News” telekanalı İranda iki şəhərin artıq etirazçıların nəzarəti altına keçdiyi barədə məlumat yayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.