Zelenski Trampı Kadırova qarşı “MADURO ƏMƏLİYYATI” KEÇİRMƏYƏ ÇAĞIRDI

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a Rusiyanın rəhbərliyindəki şəxslərə, xüsusən də Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı “Venesuela təcrübəsi” əsasında hərbi-siyasi əməliyyat keçirməyi tövsiyə edib.

 

Senzor.az-ın məlumatına görə, Ukrayna Prezidenti bunun Putini sülhə razı salmaq üçün ciddi mesaj ola biləcəyini bildirib.

 

Zelenski qeyd edib ki, ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən nümayişkaranə şəkildə həyata keçiriləcək belə bir əməliyyat Rusiya Prezidenti Vladimir Putinə Ukrayna variantı üzrə sülh razılaşmasına getmək üçün ciddi mesaj ola bilər.

 

“Biz yaxşı nəticələr əldə etmişik, amma hələ hər şey sona çatmayıb. ABŞ-ın alətləri var və istədikdə təzyiq göstərməyi bacarırlar”, — deyə Zelenski bildirib.

 

O, konkret nümunə olaraq Maduroya qarşı əməliyyatı göstərib: “Məsələn, Maduro. Onlar əməliyyatı tez keçirdilər? Bəli, tez. Bütün dünya gördü. Elə bir şeyi Kadırovla etmək olardı. Ola bilsin, Putin bunu görüb düşünər”, — Ukrayna Prezidenti əlavə edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.