Kolumbiya Prezidenti Trampa zəng edib:
“MƏNİ TUTSANIZ...”

ABŞ Prezidenti Donald Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasında telefon danışığı olub.

 

“Reuters“ xəbər verir ki, Tramp telefon danışığından sonra Petronun ABŞ-a səfəri ilə bağlı hazırlıqların görüldüyünü bildirib.

 

“Kolumbiya Prezidenti Qustavo Petro ilə danışmaq böyük şərəf idi. O, mənə narkotik və digər ixtilaflı məsələləri izah etmək üçün zəng vurmuşdu. Mən onun zəngini və seçdiyi tonu yüksək qiymətləndirirəm və yaxın gələcəkdə onunla görüşəcəyimə ümid edirəm”, - Tramp qeyd edib.

 

Qustavo Petro jurnalistlərə açıqlamasında telefon danışığının baş tutduğunu təsdiqləyib və Trampdan iki ölkə arasında dialoqun bərpasını xahiş etdiyini deyib.

 

Petronun ofisindəki mənbələr telefon danışığının mehriban şəkildə keçdiyini bildiriblər.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kolumbiyada hərbi əməliyyatın keçirilə biləcəyini istisna etməyib. Kolumbiya Prezidenti də ABŞ-a cavab verib. Petro qeyd edib ki, onu tutsalar, ABŞ xalqın qəzəbi ilə üzləşəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.