"Şuşada konservatoriyanın bərpası ilə bağlı təkliflər var".
Senzor.az bildirir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib.
Onun fikrincə, Şuşanın ənənələri özünə qayıtmalıdır: "Müəssisələrimiz bərpa edilməlidir. Şuşanın Baş Planı hazırlanır və mədəniyyət mərkəzlərinin bərpası Baş Planda yer alıb".
Hazırda prioritet istiqamətin həm də Vətən müharibəsindəki qəhrəmanlığı əks etdirmək olduğunu xatırladan nazir özəl sektoru nazirliyə dəstək olmağa çağırıb.
O vurğulayıb ki, söhbət həm də seriallar, filmlər vasitəsilə əbədiləşdirmədən gedir: "Lakin bu o demək deyil ki, başqa sahələrə də diqqət ayırmamalıyıq. Burada daha çox özəl və dövlət tərəfdaşlığına üz tuturuq. Əminəm ki, özəl sektor bu sahəyə dəstək verməyə hazır olar".
A.Kərimov Əhmədiyyə Cəbrayılovla bağlı film çəkilişi təkliflərini təqdirəlayiq hesab edib: "Lakin vurğulamaq istəyirəm ki, dövlətin bu sahəyə ayırdığı vəsait məhduddur. Bütün layihələrin dövlət tərəfindən həyata keçirilməsi çox çətindir".