
İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək.
Bu barədə "AIA Global" saytı məlumat yayıb.
"Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək", - İsraildəki mənbə bildirib.
"Bu səfər Qərb və İsrail analitiklərinin regiona artan diqqəti fonunda baş verir, onlar tez-tez Bakını "Mərkəzi Asiyaya qapı" adlandırırlar", - məlumatda qeyd edilib.