İranın Baş prokuroru etirazçıları ölümlə hədələdi

İranın Baş prokuroru Məhəmməd Mövahhedi Azad ölkədə artıq iki həftədir  davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarını ölüm cəzası ilə hədələyib.

 

"Sky News" xəbər verir ki, bu barədə İranın dövlət KİV-i məlumat yayıb.

 

"Bütün etirazçılar "Allahın düşmənləri" (və ya "mohareb") kimi günahlandırılır. Bu cinayətə görə ölüm cəzası olacaq. Bu, əmlaka ziyan vuran və təhlükəsizliyi pozan üsyançılara, terrorçulara, eləcə də onlara kömək edənlərə tətbiq ediləcək", - ölkənin Baş prokuroru bildirib.

 

O, həmçinin əlavə edib ki, prokurorlar məhkəmə proseslərini tez hazırlamalı, mərhəmət və şəfqət göstərməməlidirlər.

 

Tehran prokuroru Əli Salehi də bir gün əvvəl etirazçıların mohareb ittihamı ilə üzləşə biləcəyini bildirmişdi.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.