
Futbol üzrə İspaniya Superkubokunda final oyunu keçirilib.
Senzor.az bildirir ki, həlledici qarşılaşmada “Barselona” və “Real” (Madrid) komandaları üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti” stadionunda oynanılan görüş Kataloniya təmsilçisinin 3:2 (Rafinya - 36, 73, Levandovski - 45+1; Vinisius - 45+2, Qarsiya - 45+6) hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da "Barselona" tarixində 16-cı dəfə futbol üzrə İspaniya Superkubokunun qalibi olub.
**10:35(11.01.2026)

Bu gün futbol üzrə İspaniya Superkubokunda final oyunu keçiriləcək.
Senzor.az bildirir ki, həlledici qarşılaşmada “Barselona” və “Real” komandaları üz-üzə gələcəklər.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, "Barselona" yarımfinalda "Atletik" (Bilbao) klubunu (5:0), "Real" isə "Atketiko"nu (2:1) mübarizədən kənarlaşdırıb.