İranda etirazçılara sərt xəbərdarlıq: BU ŞƏXSLƏR EDAM OLUNACAQ

İranın Baş prokuroru Məhəmməd Müvəhhidi prokurorlara “iğtişaş yaradanların” dərhal məsuliyyətə cəlb olunması üçün hazırlıqlara başlanılması barədə göstəriş verib.

 

Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

 

Müvəhhidi bildirib ki, “xalqa xəyanət edən, ölkəni xarici nəzarət altına almağa çalışan və ictimai asayişi pozan şəxslər” barəsində ittihamlar gecikmədən hazırlanmalıdır.

 

Baş prokuror istintaq proseslərinin güzəştə yol verilmədən aparılmalı olduğunu vurğulayıb: “İğtişaş törədənlərə qarşı irəli sürülən cinayətlər eynidir. Bu şəxslər müharibə cinayətləri törətmiş hesab ediləcəklər. Heç kim aldadıldığını iddia edərək, məsuliyyətdən yayınacağını düşünməsin. Çünki bütün xəbərdarlıqlar edilib”.

 

Müvəhhidi sosial şəbəkələrdə geniş auditoriyaya malik şəxslərin və müxtəlif sahələrdə çıxış edənlərin daha diqqətli olmalarının vacibliyinə diqqət çəkib.

 

Qeyd edək ki, İran Cinayət Məcəlləsinin 282-ci maddəsinə əsasən, müharibə cinayətlərinə görə ölüm cəzası nəzərdə tutulur. Bununla yanaşı, hakimlər alternativ olaraq müttəhimin ölkənin uzaq bölgələrinə sürgün edilməsi (daxili sürgün) və ya sağ əl ilə sol ayağın amputasiyası kimi cəzalar tətbiq edə bilərlər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.