Ukrayna Xəzərdə “Lukoyl”a məxsus qazma qurğularına zərbələr endirdi
VİDEO

Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində “Lukoyl”a məxsus üç qazma qurğusunu, Luqansk bölgəsində müvəqqəti işğal olunmuş ərazidə Rusiyanın Buk-M3 zenit-raket sistemini, həmçinin Xerson bölgəsində Rusiya ordusunun 49-cu Ordusuna aid loqistik bölməni məhv edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

 

Qeyd olunub ki, Xəzər dənizində vurulan obyektlər Rusiya ordusunun hərbi fəaliyyətinə dəstək məqsədilə istifadə olunub. Zərbələr nəticəsində partlayışlar qeydə alınıb, dəymiş ziyanın həcmi dəqiqləşdirilir.

 

Baş Qərargah vurğulayıb ki, əməliyyatlar Rusiya qoşunlarının hərbi-iqtisadi və hücum potensialını sistemli şəkildə zəiflətmək məqsədi daşıyır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.