Solovyov Ermənistanın “Şərəf ordeni”ndən məhrum edilə bilər

Rusiyalı jurnalist Vladimir Solovyovun Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü dilə gətirməsindən sonra onun Ermənistanın dövlət mükafatından məhrum edilməsi təklif olunub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu təkliflə Ermənistanın Televiziya və Radio üzrə Komissiyanın sədri Tiqran Akopyan çıxış edib.

 

O, Solovyovun Ermənistan Respublikasının “Şərəf ordeni”ndən məhrum edilməsini təklif edib.

 

Akopyan xatırladıb ki, Vladimir Solovyov 2013-cü ildə “Ermənistan və Rusiya xalqları arasında dostluğun inkişafına və sülhün möhkəmləndirilməsinə verdiyi töhfəyə görə” bu ordenlə təltif olunub. O əlavə edib ki, lakin bu gün həmin şəxs Ukraynada baş verən hadisələrə bənzər şəkildə Ermənistana qarşı hərbi müdaxilə ssenarisini açıq şəkildə təklif edir.

 

Akopyanın sözlərinə görə, Ermənistana hədə-qorxu gələn və faktiki olaraq ölkəyə qarşı müharibəyə çağırış edən bir şəxs Ermənistanın ali dövlət mükafatlarından birini daşıya bilməz.

 

“Onun “Şərəf ordeni”ndən məhrum edilməsi dövlətin ləyaqətinin qorunması üçün minimal və zəruri addımdır”, — Tiqran Akopyan bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.