Ərdoğan: Hələbin YPG ünsürlərindən təmizlənməsi əhəmiyyətli nailiyyətdir
VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalındakı hadisələrdən danışıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ərdoğan “prosesi həssaslıqla idarə etməli olduqlarını” bəyan edib.

 

“Hələbin YPG ünsürlərindən təmizlənməsi Suriyada davamlı sülh, əmin-amanlıq və təhlükəsizliyin bərqərar olması baxımından əhəmiyyətli bir nailiyyətdir”, - o deyib.

 

Ərdoğan Türkiyənin təhlükəsizliyini təhdid edəcək hər hansı bir vəziyyətin yaranmaması üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib. O, PKK terror təşkilatının Suriyada uzantısı olan YPG/SDQ-nin maksimalist və irrasional tələblərinə baxmayaraq, Suriya hökumətinin əhatəli bir yanaşma ilə hərəkət etdiyini və bu yanaşmanın davam etdirilməsinin Suriya xalqının xeyrinə olacağını əlavə edib.

 

Türkiyə Prezidenti mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini də vurğulayıb: “Türklər, ərəblər və kürdlər arasında qardaşlığın pozulmasına icazə verə bilmərik, prosesi həssaslıqla idarə etməli və təxribatlara qarşı ehtiyatlı olmalıyıq. Bu regionda sonsuza qədər birlikdə yaşayacağıq. Biz bütün bölgəmizdə davamlı sülhün bərqərar olmasının tərəfdarıyıq”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.