
“Hazırda Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında ayrıca əlaqələr yoxdur”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan yanvarın 13-də keçirdiyi brifinqdə deyib.
“Hazırda müdafiə nazirlikləri arasında ayrıca əlaqələr yoxdur. Yeni bir şey olarsa, bu barədə danışacağıq. Bu mərhələdə deyə biləcəyim heç nə yoxdur”, - Papikyan qeyd edib.