
“SDQ terror təşkilatının lideri Mazlum Abdi (Mazlum Kobani) kukladır, PKK-nın qurucu çağırışlarına qarşı sayğısız və sədaqətsizdir”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Kürd qardaşlarımızın qanı bizim qanımızdır, ağrısı bizim ağrımızdır. Hələbdə mülki əhalini canlı qalxan edən, günahsız insanların arxasında gizlənən və onları ölümə sürükləyən SDQ/YPG-dir.
DEM Partiyasının rəsmilərinin “Türkiyəni xəbərdar edirik” deyə başlayan söz və açıqlamaları SDQ/YPG-ni təmizə çıxarmaq və arxalamaq niyyəti baxımından çox üzücü və olduqca problemli dildir. “Terrorsuz Türkiyə” prosesinin addım-addım həyata keçirilməsi üçün hər cür fədakarlıq göstərilərkən, birdən-birə Hələb bəhanəsi ilə küçələrə tökülmək, maqqaşla seçilmiş əsaslarda ilişib qalmaq, Diyarbəkirdən İstanbula qədər məsələni kontekstindən çıxarıb istismar etmək heç kimə heç nə qazandırmayacaq. Bilinməlidir ki, türkün qanı kürdə, kürdün qanı da türkə haramdır. Çünki biz qardaşıq, tale ortağıyıq.
SDQ/YPG-nin Ankaraya dəvət edilərək danışıqlar aparılmasını istəmək ya tələsik verilmiş açıqlamadır, ya da ağıl qıtlığıdır”, - o bildirib.
MHP sədri bir terror təşkilatı ilə danışıqlar aparmağın mümkün olmadığını vurğulayıb.