Ermənistan XİN rəhbəri: Rusiya və Türkiyə TRIPP-da iştirak etməyəcəklər

Rusiya və Türkiyənin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsində iştirakı Vaşinqtonda müzakirə edilməyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

 

O qeyd edib ki, Türkiyənin layihədə mümkün iştirakı məsələsi müzakirə olunmayıb, çünki TRIPP Ermənistan-ABŞ birgə biznes layihəsidir. Lakin aydındır ki, kommunikasiyalar açıldıqdan sonra Türkiyə tərəfinin iştirakı olmadan irimiqyaslı logistik keçidi təmin etmək mümkün olmayacaq.

 

"Gümrü-Qars dəmir yolu olmadan yüklərin Türkiyə ərazisi vasitəsilə Avropaya çatması mümkün olmayacaq. Məntiqi olaraq, Türkiyə kommunikasiyaların bir hissəsi olacaq, lakin konkret olaraq TRIPP vasitəsilə yox, bəlkə də TRIPP-in davamı kimi", - nazir hesab edir.

 

Nazirin sözlərinə görə, hazırda Türkiyə ilə kommunikasiyaların açılması ilə bağlı danışıqlar aparılır. O, danışıqların yaxın gələcəkdə nəticə verəcəyinə ümidvar olduğunu deyib.

 

A.Mirzoyan qeyd edib ki, Rusiyanın layihə ilə əməkdaşlıq imkanları ola bilər, lakin layihədə birbaşa iştirakı müzakirə edilmir. "Rusiya Ermənistan ərazisində müxtəlif infrastrukturlarda, məsələn, dəmir yollarında iştirak edir. Bu, Rusiya üçün TRIPP ilə əlaqə, əməkdaşlıq imkanları yarada bilər", - o vurğulayıb.

 

Qeyd edək ki, A.Mirzoyan yanvarın 13-14-də Vaşinqtonda səfərdə olub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.