
Ermənistanın Baş naziri Nikol Paşinyan Naxçıvanla həmsərhəd Arazdəyən (Yerasx) kəndində gömrük və sərhəd terminallarının tikiləcəyini deyib.
Senzor.az yerli KİV-ə istinadn bildirir ki, bu barədə o, İrəvanda keçirilən "Ermənistan və dünya risklər və imkanların kəsişməsində" konfransında danışıb.
Paşinyan həmçinin İcevan-Qazax hissəsində yeni infrastruktur həllərinin tətbiqini də istisna etməyib. Onun sözlərinə görə, Türkiyə ilə sərhəddəki Armavir bölgəsinin Marqara sərhəd keçid məntəqəsində bir, Şirakdakı Axurik keçid məntəqəsində isə başqa bir körpünün inşası gündəlikədir.