
ABŞ regional gərginliyin artması fonunda ehtiyat tədbiri olaraq bölgədə yerləşən əsas hərbi bazalardan şəxsi heyəti geri çəkir.
Bu barədə"Reuters" agentliyinə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi məlumat verib.
Məlumata görə, bu qərar İran rəsmisinin "Reuters"ə verdiyi açıqlamadan sonra qəbul edilib.
Qeyd edək ki, rəsmi Tehran ABŞ qoşunlarının yerləşdiyi qonşu ölkələrə xəbərdarlıq edərək bildirib ki, Vaşinqton hücuma keçərsə, ABŞ hərbi bazaları hədəfə alınacaq.