
Masyatsotn yeparxiyasının başçısı Gevorq Saroyan Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, Masyatsotn yeparxiyasının başçısı vəzifəsindən azad edilməsinin etibarsız sayılmasını və vəzifəsinə bərpa olunmasını tələb edir.
Ərizə yanvarın 15-də Armavir vilayətinin birinci instansiya məhkəməsinə təqdim edilib və hakim Edqar Ovannisyan tərəfindən imzalanıb.
Xatırladaq ki, bütün ermənilərin katolikosu Patriarx II Qareginin fərmanı ilə Gevorq Saroyan Masyatsotn yeparxiyasının başçısı vəzifəsindən uzaqlaşdırılıb. Bunun səbəbləri arasında vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifələrini yerinə yetirməmə, həmçinin ruhanilərə təzyiq göstərilməsi yer alıb.