
Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla da telefon danışığı aparıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"İran Prezidenti Pezeşkianla telefon danışığımızın nəticələri barədə qısa müddətdə sizə məlumat verəcəyik. Regiondakı vəziyyət son dərəcə gərgindir. Prezident gərginliyin azaldılması üçün səylərini davam etdirir. Bu yardım təkcə İran üçün deyil, bütün region üçün, regional sabitlik və sülh üçündür. Rusiya, o cümlədən Prezidentin səyləri ilə gərginliyin azaldılması üçün kömək göstərməyə davam edir", - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.