Ermənistanda İran əleyhinə aksiya keçirilir – SAXLANILANLAR VAR
FOTO

İrəvanda İran səfirliyi qarşısında icazəsiz etiraz aksiyası keçirilir.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

 

"İran səfirliyi qarşısında keçirilən aksiyanın təhlükəsizliyi Ermənistan polisi tərəfindən lazımi qaydada təmin edilir. Yürüşə icazə verilməyib, bu səbəbdən yeddi nəfər inzibati qaydada həbs edilib", - Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan bildirib.

Aksiya iştirakçıları isə bildiriblər ki, mitinq və yürüş 15 yanvar tarixli meriya qərarı ilə razılaşdırılıb. Onların sözlərinə görə, yürüşün bir hissəsi dünən İran səfirinin “təhdidləri”ndən sonra ləğv edilib.

 

Qeyd edək ki, səfirlik qarşısındakı etiraz aksiyasını Ermənistanda yaşayan İran vətəndaşları keçirirlər. Aksiya iştirakçıları İran hakimiyyətinin müxtəlif İran şəhərlərində nümayişçilərə qarşı hərəkətlərinə etiraz edirlər və dini idarəetmə əvəzinə dünyəvi hakimiyyət tələb edirlər.

 

Polis iştirakçıların Göy məscid istiqamətində yürüşünə icazə verməyib. Buna görə etirazçılar səfirlik binası yaxınlığında oturaq aksiyaya başlayıblar.

 

Polis aksiyanın dayandırılmasını tələb edərək, güc və xüsusi vasitələrdən istifadə edilə biləcəyi barədə xəbərdarlıq edib.

 

Hadisə yerində vəziyyət gərgin olaraq qalır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.