
İranın şimalında iğtişaşların 50 təşkilatçısı həbs edilib.
Bu barədə "Tasnim" agentliyi əyalət polis rəisi Hüseyn Həsənpura istinadən məlumat yayıb.
Həsənpur bildirib ki, iğtişaşlar zamanı iğtişaşlara və ya qırğınlara təhrik edən bütün şəxslər müəyyən edilərək həbs olunacaq: "Bu liderlərdən 50 nəfəri artıq həbs edilib. Gilan əyalətində həbs olunanların ümumi sayı 1500-ü keçib".
Xorasan Rəzəvi Vilayət Prokuroru 17 yanvar şənbə günü iğtişaşların 72 təşkilatçısının həbs olunduğunu açıqlayıb. Həbslər Tehran, Kərəc, Rəşt, Ərdəbil və digər şəhərlərdə də həyata keçirilib.