
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün liqa mərhələsində yeddinci oyununa çıxacaq.
Senzor.az bildirir ki, Ağdam təmsilçisi Almaniyanın “Ayntraxt” kollektivini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, “Qarabağ” hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt klubu isə 4 xalla 33-cü yerdədir.
