Rutte: NATO Rusiya ilə Çinin Qrenlandiyaya hərbi və iqtisadi çıxışının qarşısını alacaq

NATO Rusiya ilə Çinin Qrenlandiyaya hərbi və iqtisadi çıxışının qarşısını alacaq.

 

Senzor.az bildirir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Davosda Dünya İqtisadi Forumunda deyib.

 

“Bu, Qrenlandiya və ya Arktika ilə bağlı deyil. Bu bizim özümüzü düşmənlərimizə qarşı necə qoruyacağımızla bağlıdır. Bizim əsas rəqibimiz Rusiyadır. Əlbəttə ki, Çin də hərbi cəhətdən fəaliyyətini artırır, amma bizim əsas rəqibimiz Rusiyadır”, - Mark Rutte vurğulayıb.

 

NATO-nun Baş katibi onu da qeyd edib ki, "Rusiya Prezidenti Vladimir Putinin hərbi maşını 24 saat hərbi avadanlıq istehsal edir, Moskva isə hava məkanını pozmaqla, kiberhücumlar, təxribatlar və s. həyata keçirməklə bizi sınayır".

 

M.Rutte, həmçinin NATO-nun cənub sərhədlərində terrorçuluq və qeyri-sabitlik təhlükəsinin qalmasına işarə edib və bildirib ki, bu da bu təhlükələrin qarşısını almağa hazır olmağın zəruriliyindən xəbər verir.

 

M.Rutte hesab edir ki, bu istiqamətdə iş Atlantikanın hər iki tərəfində müdafiə istehsalının və innovasiyaların artması hesabına sürətli rejimdə gedir.

 

"Bu, bizim silahlı qüvvələrimiz, sənayemiz, biznesimiz və kollektiv təhlükəsizliyimiz üçün lazımdır", - o bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.