Aİ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb
VİDEO

Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb.

 

Senzor.az bildirir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib. 

 

O, X platformasındakı paylaşımında bildirib ki, Aİ xarici işlər nazirləri İranın İnqilab Keşikçilərini terror təşkilatı kimi tanımaqla qətiyyətli addım atıblar.

 

Nazirlərin İrana qarşı qəbul etdikləri yeni sanksiyalar paketi bu ölkədəki etirazların zorakılıqla yatırılmasında iştirak edən 20 şəxs və quruma qarşı yönəlib. Həmin şəxslərin arasında daxili işlər naziri Eskandar Momeni, baş prokuror Məhəmməd Movahhedi-Əsəd və təhlükəsizlik polisinin rəhbəri Seyyed Məcid Feyz Cəfəri də var.

 

Yeni qərara əsasən, Aİ vətəndaşlarına və şirkətlərinə bu şəxslərə maliyyə vəsaiti təqdim etmək qadağan olunur. Həmçinin sanksiyaya məruz qalan şəxslərin Aİ-yə girişi qadağan edilib. Bundan əlavə, Aİ-dən İrana ixracı qadağan edilən malların siyahısının genişləndirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu 1979-cu il İslam İnqilabından sonra yaradılıb. Ölkə daxilində böyük nüfuza malik olan bu qurum iqtisadiyyatın və silahlı qüvvələrin geniş sahələrinə, eləcə də İranın raket və nüvə proqramlarına nəzarət edir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.