Ötən il Gürcüstandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

2025-ci ildə Gürcüstandan 39 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.

 

Yerli KİV bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin keçən illə bağlı hesabatında belə deyilir.

 

Qeyd olunub ki, ötən ilin I rübündə qonşu ölkədən 4, II rübündə 16, III rübündə 7, IV rübündə isə 12 nəfər Azərbaycan vətəndaşı çıxarılıb. 2024-cü illə müqayisədə deportasiya ilə üzləşmiş vətəndaşlarımızın sayı 32 nəfər və ya 45% azalıb.

 

Hesabat ilində Gürcüstandan ümumilikdə 1 311 əcnəbi deportasiya olunub ki, bu da illik müqayisədə 3,6 dəfə çoxdur. Qonşu ölkədən ən çox xarici vətəndaş 460 nəfər olmaqla oktyabr-dekabr aylarında qovulub.

 

APA xatırladır ki, Gürcüstanda ötən ilin oktyabrın 1-dən qüvvəyə minmiş sərt miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin deportasiyası sadələşdirilmiş prosedur üzrə həyata keçirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.