
Rusiyanın Sankt-Peterburq şəhərində rusiyalı hərbçini öldürməyi planlaşdıran Ukrayna xüsusi xidmət agenti saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətindən (FTX) məlumat verilib.
Məlumata görə, saxlanılan şəxs hərbçinin ünvanını öyrənib və kuratorların sayəsində silah əldə edə bilib. Onun üzərindən səsboğucu olan "Makarov" tapançası aşkarlanıb və müsadirə edilib.
Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqda hərbçiyə sui-qəsd planlaşdıran Ukrayna xüsusi xidmət agentinin saxlanılması kadrlarını paylaşıb.
Şübhəli Rusiya Silahlı Qüvvələrinin polkovnik-leytenantını öldürməyi planlaşdırdığını deyib. O, kuratordan tapşırıq aldığını və cinayətə görə ona mükafat vəd edildiyini qeyd edib.
Saxlanılan şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci maddəsi (terror təşkilatının fəaliyyətində iştirak) üzrə cinayət işi açılıb.