
Türkiyədə FETÖ ilə əlaqəli 379 sosial media hesabı müəyyən edilib.
Bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran "X" hesabında məlumat yayıb.
Qeyd olunub ki, həmin hesabların terror təbliğatı apardıqları və sistemli şəkildə dezinformasiya yaydıqları açıq şəkildə üzə çıxarılıb.