
“Ərazi müdafiə sisteminin yaradılması və ehtiyatda olan əsgərlərin hazırlanması Ermənistan Müdafiə Nazirliyinin ən vacib məqsədlərindən biridir”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.
“Təlim sessiyaları həm də çağırışçılarımız üçün daha çox hazırlıq görmək üçün fürsətdir”, - nazir əlavə edib.