“Müdafiədə tək qalmışıq, NATO-da hamı bizə dəstək verməkdən qorxur” - ZELENSKİ ÜMUMİ SƏFƏRBƏRLİK HAQQINDA FƏRMAN İMZALADI
Ukrayna Prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, fərman Rusiya Federasiyasının Ukraynaya hərbi təcavüzü ilə əlaqədar və dövlətin müdafiəsini təmin etmək, döyüş və səfərbərlik hazırlığını saxlamaq məqsədilə verilib.
 
Səfərbərlik fərman qüvvəyə mindiyi gündən 90 gün müddətində həyata keçirilir.
 
Ukrayna Təhlükəsizlik Xidməti ümumi səfərbərliyin həyata keçirilməsi zamanı əks-kəşfiyyat dəstəyi tədbirləri görəcək.
 
Bundan əvvəl Zelenski müdafiədə tək qaldıqlarından gileylənib: “Bu gün başqa dövlətlərin rəhbərləri ilə nə qədər söhbət etmişəmsə, bir neçə şey eşitmişəm. Birincisi, bizə dəstək verilir. Mən Ukraynaya xüsusi yardım edən hər bir dövlətə minnətdaram. Yalnız sözlərlə deyil. Amma ikinci bir şey də var - dövlətimizin müdafiəsində tək qalmışıq. Kim bizimlə döyüşməyə hazırdır? Mən bunları görmürəm. Ukraynaya NATO-ya daxil olmaq üçün kim zəmanət verməyə hazırdır? Hamı qorxur”.
 
Ukrayna lideri xalqa müraciətində Rusiyanın danışıq təkliflərinə də toxunub: “Bu gün Moskvadan eşitdik ki, onlar hələ də danışmaq istəyirlər. Onlar Ukraynanın neytral statusundan danışmaq istəyirlər.
 
Mən dövlətimizin bütün tərəfdaşlarına deyirəm: indi ölkəmizin taleyi həll olunur. Onlardan soruşuram: bizimləsiniz? Onlar buna bizimlə olmaları ilə cavab verirlər. Amma bizi özləri ilə Alyansa aparmağa hazır da deyillər”.
 
“Mən Avropanın iyirmi yeddi dövlətinin liderindən Ukraynanın NATO-da olub-olmadığını soruşdum. Birbaşa soruşdum. Onların hamısı qorxur. Amma biz qorxmuruq. Bəs biz hansı təhlükəsizlik zəmanətlərinə malik olacağıq? Onu hansı ölkələr verəcək?”, - Zelenski suallar qoyub.
 
Ukrayna lideri vurğulayıb ki, bu işğalın sonu haqqında danışmaq lazımdır: “Alovun dayandırılması haqqında danışmaq lazımdır.
 
Amma indi ölkənin taleyi bütünlüklə ordumuzdan, təhlükəsizlik qüvvələrimizdən, bütün müdafiəçilərimizdən asılıdır. Xalqımız, sizin müdrikliyinizdən”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.