
Ermənistan-İran sərhədini qanunsuz keçməyə cəhd etdiklərinə görə 7 Banqladeş vətəndaşı həbs edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat verilib.
Saxlanılan şəxslərə qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-469-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndi (sərhədi qanunsuz keçməyə cəhd) ilə cinayət işi açılıb.
İstintaq Komitəsi bu işdə başqa şəxslərin iştirak edib-etmədiyini dəqiqləşdirməyib. Əcnəbilərin sərhədi keçmə cəhdinin səbəbləri açıqlanmayıb.