Epşteynlə dost olmamışam və onun "adasına" getməmişəm – TRAMP

“Mən Ceffri Epşteynlə dost olmamışam. Əksinə Epşteyn Maykl Volf adlı səfil, yalançı bir müəlliflə mənə qarşı əlbir olub”.

 

Bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth” sosial şəbəkə hesabında yazıb.

 

Tramp ona qarşı kampaniya aparan radikal solçuları məhkəməyə verəcəyini bildirib.

 

“Bundan əlavə, boş-boş danışmağı sevən bir çox insanlardan fərqli olaraq, mən o iyrənc "Epşteyn adası"na heç vaxt getməmişəm. Amma korrupsiyalaşmış demokratların, demək olar ki, hamısı orada olub”, - Tramp qeyd edib.

 

Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.

 

“The New York Times” (NYT) faylları təhlil etdikdən sonra, onlardan 5 300-də ABŞ Prezidenti Donald Trampa 38 000-dən çox istinad, habelə onunla əlaqəli şəxslər və terminlər tapıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.