
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışdığını deyib, lakin söhbətin təfərrüatlarını açıqlamayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp bu barədə jurnalistlərə Ağ Evdə verdiyi açıqlamasında danışıb: "Mən onunla danışdım. İstəyirəm ki, müharibəyə (Ukrayna münaqişəsinə) son qoysun".
O, söhbətin nə vaxt baş tutduğunu da deməyib.