![]()
Ermənistan parlamentinin sədri Alen Simonyan sabiq prezident Robert Koçaryanı məhkəməyə verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Simonyan Köçəryanın açıq şəkildə üzr istəməsini və 1 milyon dram ödəməsini tələb edir.
Qeyd edək ki, Simonyan Köçəryanın onun ünvanına dediyi “belə etibarsız adam orduda normal xidmət edə bilməzdi” sözləri ilə özünün təhqir olunduğunu bildirib. Köçəryan mətbuat konfransında onun hakimiyyəti dövründə Ermənistan ordusunda hərc-mərclik olduğuna dair Simonyanın son bəyanatına belə reaksiya verib.