Xamenei ordu komandirləri ilə görüşmədi - SON 47 İLDƏ İLK DƏFƏ
FOTO

İranın Ali lideri Əli Xamenei "19 Bəhmən" (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüş keçirməyib.

 

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

 

Məlumata görə, Hərbi Hava Qüvvələrinin komandirləri görüş mərasimini Tehranda İslam inqilabının rəhbəri Ruhulla Xomeyninin məqbərəsində keçiriblər. Tədbir Xameneinin iştirakı olmadan baş tutub.

 

Qeyd olunur ki, son 47 il ərzində ilk dəfədir ölkənin Ali lideri 19 Bəhmən günü ilə əlaqədar Xomeyninin xatirəsinə həsr olunan tədbirdə Hərbi Hava Qüvvələri ilə birgə görüş keçirmir.

 

Xatırladaq ki, 19 bəhmən 1357-ci il (miladi təqvimlə 8 fevral 1979) tarixində şah dövrünün ordusuna daxil olan Hərbi Hava Qüvvələrinin texniki heyəti Tehranda Ruhulla Xomeyni ilə görüşüb və ona sədaqət andı içib.











Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.