Türkiyə–Ermənistan sərhədi: “Alican” keçid məntəqəsinin bərpası yekunlaşır

Türkiyə–Ermənistan sərhədində “Alican” keçid məntəqəsinin bərpası yekunlaşır.

 

Bu barədə “Yeşil Iğdır” qəzeti məlumat yayıb.

 

Qeyd edilib ki, İğdır valisi Fırat Taşolar 1993-cü ildən bəri bağlı olan Türkiyənin Ermənistanla sərhəddəki “Alican” keçid məntəqəsində artıq yekunlaşmaq üzrə olan yenidənqurma və təmir işləri ilə tanış olmaq üçün məntəqəyə baş çəkib.

 

Məlumata görə, vali texniki heyət ilə birlikdə sərhəd boyunca olan binaları və keçid marşrutlarını yoxlayıb, işlərin yaxın vaxtlarda tamamlanacağını vurğulayıb.

 

Qəzetin yazdığına görə, “Alican” keçidinin açılması yalnız diplomatik deyil, həm də bölgə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, bu İğdır və ətraf əyalətlərdə ticarət fəaliyyətlərinin artmasına və iqtisadiyyatın canlanmasına, Qafqaz üzərindən daşıma marşrutlarının qısalması ilə logistikanın daha səmərəli hala gəlməsinə, Türkiyə və Ermənistan arasında qarşılıqlı səfərlərin və bölgə üzrə turizminin artmasına şərait yaradacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.