
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da həyat yoldaşı Uşa Venslə birlikdə İrəvanda "erməni soyqırımı" abidəsini ziyarət edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ziyarətdən əvvəl “soyqırımı kompleksi” ətrafında güclü təhlükəsizlik tədbirlərinin görülüb.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti fevralın 9-dan həyat yoldaşı Uşa Venslə birlikdə Ermənistanda rəsmi səfərdədir.
Ceyms Devid Vens bu gün İrəvandan Bakıya uçacaq.