
Fevralın 12-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun inzibati binasında rayondan olan vətəndaşları qəbul edib.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat verilib.
Qəbulda iştirak edən 45 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
