
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra İranla bağlı heç bir qəti razılaşma əldə olunmadığını açıqlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, buna baxmayaraq, Tramp danışıqların davam etdiriləcəyini bildirib.
“Heç bir qəti qərar qəbul olunmayıb. Sadəcə mən İranla danışıqların davam etməsini tələb etdim ki, razılaşma əldə edilə bilərmi? Yoxlayacağıq”, - deyə ABŞ lideri vurğulayıb.