
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı münasibətilə onu evində ziyarət edib.
Senzor.az bildirir ki, A.Ələkbərov İnstaqram hesabında görüşdən fotolar paylaşıb.
“Dəyərli Xalq şairimiz Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. Böyük söz ustasına möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qəlbinizin nuru daim sözünüzə işıq saçsın. Doğum gününüz mübarək!”, - A.Ələkbərov paylaşımda qeyd edib.


