Rusiya Ermənistanı hədələdi:
“MÖVCUD SİSTEM BİR GECƏDƏ..."

"Ermənistan hakimiyyətinin respublikanın dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək istəyi tam şəkildə düşünülməmiş qərardır. Bu addımdan sonra mövcud sistem bir gecədə sıradan çıxa bilər".

 

TASS-ın xəbərinə görə, bunları Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

 

"Digər ölkələrin dəmiryolu idarəçiliyi ilə bağlı səriştəsini qiymətləndirməyəcəyəm. Amma əminliklə deyə bilərəm ki, hansısa başqa bir şirkətin Ermənistanda uzun müddətdir heç də asan olmayan şərtlərdə və effektiv şəkildə fəaliyyət göstərən Rusiya dəmiryolu daşıyıcısını tam şəkildə əvəz edə bilməsi ehtimalı azdır", - deyə S.Şoyqu vurğulayıb..

 

"Bu yaxınlarda Ermənistanın ABŞ ilə nüvə əməkdaşlığı planlarına dair vəziyyəti şərh etdim. Beləliklə, diplomatik dillə desək, belə düşünülməmiş qərarlar əvəzini sadə Ermənistan vətəndaşlarının ödəməli olacağı təhlükəli təcrübələrə gətirib çıxarmayacaqmı?” - deyən Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib: "Təxminən iki onillik ərzində qurulan sistem sadəcə olaraq bir gecədə çökə bilər. Təbii ki, hər hansı "dost ölkələr" buna görə məsuliyyət daşımayacaq. Ümid edirəm ki, Ermənistan rəhbərliyi məsul qərarlar qəbul edərkən yalnız öz vətəndaşlarının maraqlarından çıxış edəcək".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.