Trampdan Ramazan
TƏBRİKİ

ABŞ Prezidenti Donald Tramp dünya müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib.

 

Senzor.az bildirir ki, təbrikdə deyilir:

 

"Bu gün Ramazan ayının başlanmasını qeyd edən hər kəsi səmimi qəlbdən salamlayır və ən xoş, ən ülvi arzularımı çatdırıram. Ramazan ayı mənəvi yenilənmənin, dərin təfəkkürün və Uca Tanrının saysız-hesabsız nemətlərinə şükür etməyin müqəddəs zamanıdır. Bu ay insanları saf niyyətə, mərhəmətə və xeyirxahlığa səsləyir, ailə və icma bağlarını daha da möhkəmləndirir. ABŞ-da və dünyanın müxtəlif guşələrində milyonlarla insan üçün Ramazan dua və orucun ön plana çıxdığı, həmrəyliyin, şəfqətin, təvazökarlığın və qarşılıqlı hörmətin təcəssüm etdiyi bir dövrdür.

 

Allaha sərbəst şəkildə ibadət etmək hüququ millətimizin əsas dəyərlərindən biridir və rifahımızın, gücümüzün təməl sütunlarından hesab olunur. Administrasiyamız bütün vətəndaşların dinlərini maneəsiz yaşaya bilməsi, vicdanlarının səsinə uyğun hərəkət etməsi və ibadətlərini qorxu hissi olmadan yerinə yetirməsi üçün hər gün qətiyyətlə çalışır. Çünki dini azadlıq insanın inancını qürurla və təhlükəsiz şəkildə ifadə etmək haqqıdır. Bu mərhəmət və xoş niyyət mövsümündə hər birinizə evlərinizdə sevinc və huzur, ailələrinizə səadət, bütün dünyaya isə birlik və sülh arzulayıram".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.