
Ukrayna Hərbi Hava Qüvvələri gecə saatlarında Tatarıstanda (Rusiya) “Kaleykino” neft nasos stansiyasına dronlarla hücum edib. Hücumdan sonra stansiyada güclü yanğın baş verib.
Senzor.az bildirir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Qeyd edilib ki, “Kaleykino” Rusiyanın əsas neft nasos stansiyalarından biridir. Stansiya xam neftin birbaşa “Drujba” neft kəmərinə vurulmasını və Tatarstandakı neft emalı zavodlarına davamlı təchizatı təmin edir.
Rusiya "Telegram" kanalları da əsas neftötürücü stansiyalarından biri olan "Kaleykino"nun zərbəyə məruz qaldığı və onun ərazisində yanğın başladığı barədə məlumat yayıblar.
Magistral boru kəmərləri sisteminə daxil olan "Kaleykino" neftötürücü stansiyası Tatarıstanın neft hasilatı mərkəzi olan Əlmət şəhərində yerləşir. Əlmət rayonu "Dostluq" kəmərinin əsas başlanğıc qovşaqlarından biri hesab olunur. Şəhərin yaxınlığında "Tatneft"in iri istehsal müəssisələri mövcuddur.
Əlmət şəhər administrasiyası da hadisəni təsdiqləyərək bildirib ki, yanğın sənaye zonası ərazisinə dron qalıqlarının düşməsi nəticəsində baş verib.