
Nasist ideologiyasının davamçıları şərqdə hücum üçün "zirehli yumruq" yaratmağa çalışırlar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Dövlət başçısı Belarus sərhədləri yaxınlığında da oxşar hərəkətlərin müşahidə olunduğunu bildirib. O, vəziyyətin nəzarət altında olduğunu və yaxından izlənildiyini vurğulayıb.
Lukaşenko bildirib ki, potensial təcavüzün qarşısını almağın yeganə yolu müasir, mobil və yaxşı təchiz olunmuş ordu olmasıdır. Onun sözlərinə görə, son illərdə dövlətin dinc gələcəyini təmin edəcək belə bir ordu yaradılıb. Prezident əlavə edib ki, bu məsələdə milli birlik və həmrəylik də həlledici rol oynayır.