
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" (İngiltərə) və "Qarabağ" komandaları arasında cavab görüşü keçirilib.
Senzor.az bildirir ki, "Sent-Ceyms Park" stadionunda təşkil olunan qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran və Elvin Cəfərquliyev fərqləniblər.
İki oyunun nəticəsinə əsasən 9:3 hesabı ilə qalib gələn "Nyukasl" adını 1/8 finala yazdırıb.
**10:29 (24.02.2026)

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Senzor.az bildirir ki, Azərbaycan çempionu İngiltərədə "Nyukasl" klubunun qonağı olacaq.
"Sent Ceyms Park" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.
Qeyd edək ki, Bakıda keçirilmiş ilk oyunda "Nyukasl" 6:1 hesablı qələbə qazanıb.